XƏBƏRLƏR / Mədəniyyət

Aftandil İsrafilov İkinci Fəxri Xiyabanda dəfn ediləcək

Uzun müddətdir kəskin plevritdən əziyyət çəkən Aftandil İsrafilov aprelin 29-da vəfat edib

Aftandil İsrafilov İkinci Fəxri Xiyabanda dəfn ediləcək
Aftandil İsrafilov
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xalq artisti Aftandil İsrafilovun dəfn yeri dəyişdirilib. Mədəniyyət Nazirliyindən verilən məlumata görə, o, II Fəxri xiyabanda dəfn ediləcək:

    "Tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilov ilə 30 aprel tarixində saat 11:00-da Heydər Məscidində vida mərasimi keçiriləcək. Mərhum aprelin 30-da saat 12:00-da II Fəxri xiyabanda dəfn olunacaq".

    Qeyd edək ki, bundan əvvəl ailəsi Aftandil İsrafilovun "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcəyini bildirmişdi.

    Xatırladaq ki, uzun müddətdir kəskin plevritdən əziyyət çəkən Aftandil İsrafilov aprelin 29-da vəfat edib.