XƏBƏRLƏR / Münaqişə

ABŞ və 6 körfəz ölkəsi İranı təhlükəsizliyə təhdid sayır

ABŞ və Körfəz Əməkdaşlıq Şurası İranı nüvə fəaliyyətinə, regional fəaliyyəti sabitliyi pozmağa görə qınayıblar

ABŞ və 6 körfəz ölkəsi İranı təhlükəsizliyə təhdid sayır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ hökuməti və altı körfəz ölkəsi İranın “dövlət və qeyri-dövlət aktorları” ilə daha dərin əməkdaşlıq etməsi ilə bağlı narahatlığını dilə gətirib, Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləməsinə yalnış işarə vurub və Tehranı regional təhlükəsizliyə artan təhdid adlandırıb.

    Cümə axşamı yaydığı birgə bəyanatda ABŞ və Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) üzvləri İranı nüvə fəaliyyətinə, regional fəaliyyəti sabitliyi pozmağa və qlobal silahların yayılmasına görə qınayıblar.

    İran üzrə işçi qrupunun iclasından sonra verilən bəyanata görə, ABŞ və KƏŞ bloku “İranın sabitliyi pozan fəaliyyətlər həyata keçirmək qabiliyyətini məhdudlaşdırmaq və onu gələcək təcavüz aktlarından çəkindirmək üçün” əməkdaşlığı genişləndirəcək.