XƏBƏRLƏR / Münaqişə

ABŞ nizamlanmada iştirakını davam etdirir

Bu barədə qurumun mətbuat katibinin birinci müavini Vedant Patel bildirib

ABŞ nizamlanmada iştirakını davam etdirir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "ABŞ İrəvanla Bakı arasındakı nizamlanmada iştirakını davam etdirir". ABŞ Dövlət Departamentinin rəsmi saytı xəbər verir ki, bu barədə qurumun mətbuat katibinin birinci müavini Vedant Patel bildirib.

    "ABŞ Dövlət katibi Antoni Blinken üçün Ermənistan və Azərbaycan arasında zorakılığa son qoyulması böyük əhəmiyyət kəsb etməkdə davam edir. O, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bu ölkələrin liderləri ilə bir neçə dəfə görüşmək imkanı əldə edib. Biz hələ də bu işdə fəal iştirak edirik. Bu məsələdə cənab Bono bu departamentin digər üzvləri ilə birlikdə iştirakını davam etdirir", - deyə Patel bildirib.

    Diplomat qeyd edib ki, Lui Bononun Cənubi Qafqaza səfəri ilə bağlı başqa şərhi yoxdur.