XƏBƏRLƏR / Hadisə

ABŞ-da silahlı hücumda ölənlər və yaralılar var

Bu barədə "Reuters" agentliyi məlumat yayıb

ABŞ-da silahlı hücumda ölənlər və yaralılar var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ-ın Nyu-Meksiko ştatında silahlı hücum baş verib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

    Farminqton şəhərində  18 yaşlı silahlı gənc yoldan keçənlərə, maşınlara və evlərə atəş açıb. Nəticədə 3 nəfər ölüb, 6 yaralı var.

    Hücum edən şəxs polis tərəfindən güllələnib. Əməliyyat zamanı iki polis yaralanıb.

    Hücumun motivləri məlum deyil.