ABŞ-da atışma – 5 ölü, 16 yaralı
Hadisə İllinoys ştatının "Highland park"ında – Müstəqillik Gününə həsr edilmiş paradda baş verib
İlinoys ştatının "Highland park"ında iyulun 4-də keçirilən paradda atışma nəticəsində, azı, 5 nəfər ölüb, 16 nəfər yaralanıb.
İyulun 4-də İllinoys ştatının Çikaqo şəhəri yaxınlığındakı şəhərətrafı qəsəbədə keçirilən paradda kütləvi atışma nəticəsində, ən azı, 5 nəfər ölüb, 16 nəfər yaralanıb.
Şəhər polisi şübhəlini hələ də axtardığını bildirib və insanlara sığınacaq tapmağı tövsiyə edib.
Çikaqodan, təxminən, 25 mil şimalda yerləşən "Highland park"da baş verən atışma yüzlərlə insanın qaçmasına səbəb olub və hadisə yerli, əyalət və federal məmurların polis reaksiyasına səbəb olub.
"Highland park"dan Müstəqillik Gününə həsr olunmuş paradın ləğv edildiyi bildirilib və insanlara şəhər mərkəzindən qaçmağı tövsiyə edən çağırış səslənib. İllinoys ştat polisi əsgərlərinin köməyə gələrək silahlı atıcıya cavab verdiyini bildirib. FTB-nin Çikaqo sözçüsü isə hadisə yerinə əlavə ehtiyatlar yerləşdirdiyini söyləyib.