"ABŞ ATƏT-in Minsk qrupunun həmsədrliyi formatına sadiqdir"
Bunu ABŞ dövlət katibinin köməkçisi Karen Donfrid İrəvanda deyib
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ötən həftə Azərbaycan və Ermənistana səfər edib. İrəvanda Donfrid “Azadlıq” radiosunun erməni xidmətinə müsahibə verib və orada ABŞ-ın “ATƏT-in Minsk Qrupunun həmsədrliyi formatına sadiq qaldığını” qeyd edib.
Donfrid təsdiqləyib ki, Bakıda danışıqlar zamanı Prezident İlham Əliyev ona Minsk qrupunun vasitəçilik rolunu itirdiyini deyib.
“Azərbaycan Minsk qrupuna həmsədrlik prosesini dəstəkləmir. Birləşmiş Ştatlar bu prosesi dəstəkləyir və iştirak edir və bundan sonra da edəcək... Prezident Əliyevlə söhbətim bir çox mövzuları əhatə edib və ATƏT-in Minsk qrupu həmsədrlərinin mövzusu da qaldırılıb”, – ABŞ dövlət katibinin köməkçisi qeyd edib.