XƏBƏRLƏR / Siyasət

““3+3” formatında nazirlərin görüşünə hazırlıq gedir”

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada mətbuat konfransında deyib

““3+3” formatında nazirlərin görüşünə hazırlıq gedir”
Sergey Lavrov
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Cənubi Qafqaz üzrə “3+3” platforması çərçivəsində nazirlərin görüşünə hazırlıq gedir”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

    “Belə bir görüşün harada keçirilə biləcəyinə dair konkret yerlər və tarix razılaşdırılır. Ümid edirəm ki, bu təşkilati məsələlər barədə razılığa gəlmək çox vaxt tələb etməz”, - deyə Lavrov qeyd edib.

    Onun sözlərinə görə, platformanın ilk iclasına qatılmayan Gürcüstan üçün qapı açıq olaraq qalır.

    Xatırladaq ki, Cənubi Qafqazın üç ölkəsi – Azərbaycan, Ermənistan, Gürcüstan və regionda üç qonşu ölkə Türkiyə, Rusiya və İranın iştirakını nəzərdə tutan “3+3” platformasının ilk iclası 2021-ci ilin dekabrında Moskvada keçirilib. Gürcüstan hələ ki platformada iştirakdan imtina edir.