27.02.2023 Günün videoxülasəsi
ANS TV dünyada baş verən ən vacib hadisələrin videoxülasəsini təqdim edir
27 fevral 2023-cü il tarixinə təsadüf edən, dünyanın ən vacib hadisələrinin videomündəricatı:
00:00 Bu gün Türkiyənin Malatya bölgəsində 5.6 bal gücündə zəlzələ olub. 1 nəfər ölüb, 69 nəfər yaralanıb, 29 bina dağılıb.
01:10 "Beşiktaş-Antalyaspor" futbol matçının 4-cü dəqiqə 17-ci saniyəsində “Beşiktaş” fanatları stadiona minlərlə oyuncaq ataraq, zəlzələdə zərər görmüş uşaqlar üçün aksiya keçiriblər.
04:06 İtaliya sahillərində qəzaya uğrayan mühacir gəmisində ölənlərin sayı 62 nəfərə çatıb.
05:03 Mərkəzi Amerikada yerləşən Salvador Respublikası 2000-ə yaxın məhbusu “meqahəbsxana”ya köçürməyə başlayıb.