ANS TV
Feb 24, 2023 - 18:33
24.02.2023 Günün videoxülasəsi
ANS TV dünyada baş verən ən vacib hadisələrin videoxülasəsini təqdim edir
24 fevral 2023-cü il tarixinə təsadüf edən, dünyanın ən vacib hadisələrinin videomündəricatı:
1. Türkiyənin Milli Kəşfiyyat İdarəsi İstanbulda 13 noyabr 2022-ci li tarixində Taksim küçəsində terror aktı törədənlərdən daha birini Suriyada zərərsizləşdirib.
2. “Əsrin fəlakəti” adlandırılan, Türkiyədə baş vermiş zəlzələ zamanı iki dağ sürüşüb. Nəticədə 300 evdən ibarət Mutlu kəndi tamamilə dağılıb.
3. Bu gün Ukrayna və Rusiya müharibəsinin başlanmasından bir il ötür.
4. Britaniyanın müdafiə naziri Ben Uollis bildirib ki, yaxın vaxtlarda Ukraynaya “Tayfun” qırıcı təyyarələri göndərməyəcək.