23.02.2023 Günün videoxülasəsi
ANS TV dünyada baş verən ən vacib hadisələrin videoxülasəsini təqdim edir
23 fevral 2023-cü il tarixinə təsadüf edən, dünyanın ən vacib hadisələrinin videomündəricatı:
- İsrail ordusunun yaydığı məlumata görə, Qəzza zolağından İsrail ərazisinə altı raket atılıb. Onlardan beşi zenit müdafiə vasitələri ilə zərərsizləşdirilib, biri isə açıq ərazilərə düşüb.
- Bu gün Tacikistanın Murqab rayonunda 7,3 bal gücündə güclü zəlzələ olub. İlk təkanlardan sonra 5,5, 6 və 6,3 bal gücündə daha üç təkan olub.
- İtaliyanın “üzən şəhər”i Venesiyada kanallar quruyub.