XƏBƏRLƏR / Nəqliyyat

2022-ci ildə Azərbaycanda yükdaşımalar 13% artıb

Məlumatı Dövlət Statistika Komitəsi yayıb

2022-ci ildə Azərbaycanda yükdaşımalar 13% artıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2022-ci ildə Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yükdaşımaların həcmi 218 milyon 680,5 min ton təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 12,8% çoxdur.

    Yük daşımalarının strukturunda qeyri-dövlət nəqliyyat müəssisələrinin payı 78,2 faiz, dövlət bölməsinin payı 21,8 faiz təşkil edib. 2022-ci ildə qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yükdaşımaların həcmi 2021-ci illə müqayisədə 12,5 faiz artıb.

    Dəmir yolu nəqliyyatı ilə 18 milyon 723,1 min ton (tranzit yüklər daxil olmaqla) daşınıb ki, bu da 2021-ci illə müqayisədə 24,3% çoxdur.

    Dəniz nəqliyyatı ilə 7 milyon 519,2 min ton (artım 37,5 faiz), avtomobil nəqliyyatı ilə 126 milyon 24,6 min ton (artım 12 faiz), hava nəqliyyatı ilə 406,2 min ton (azalma 27,1 faiz) müxtəlif yüklər daşınıb. Hesabat dövründə daxili neft kəmərləri ilə 37 milyon 781,5 min ton neft (artım 7,9 faiz) nəql olunub.

    Daşıma həcminin qalan hissəsi magistral qaz kəmərlərinin payına düşüb.