XƏBƏRLƏR / İqtisadiyyat

2022-ci ildə Azərbaycanda ÜDM həcmi 4,6 faiz artıb

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir

2022-ci ildə Azərbaycanda ÜDM həcmi 4,6 faiz artıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 2022-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcmi 133,8 milyard manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 4,6 faiz çoxdur.

    Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

    Hesabat dövründə neft-qaz sektorunda istehsalın həcmi 2,7 faiz azalıb, qeyri-neft və qaz sektorunda 9,1 faiz artıb.

    ÜDM-in ən böyük həcmi sənayenin payına düşüb - 51,1%.

    ÜDM-in 8,2 faizini ticarət və nəqliyyat vasitələrinin təmiri, 6 faizini nəqliyyat və anbar təsərrüfatı, 4,8 faizini kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,8 faizini tikinti, 4,8 faizini tikinti, 1,6 faizini turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,4 faizini informasiya və rabitə təşkil edib.

    Məhsula və idxala xalis vergilər ÜDM-in 7,4%-ni təşkil edib.

    Adambaşına düşən ÜDM 13292,2 manat təşkil edib.

    Qeyd edək ki, Azərbaycan hökuməti 2022-ci ildə ÜDM artımını 3,5% səviyyəsində proqnozlaşdırmışdı.

    2021-ci ildə Azərbaycanda ÜDM 5,6%, o cümlədən qeyri-neft 7,2% artıb.