Azərbaycanda 2022-ci ildə ÜDM artımı 3,4 faiz olacaq
ÜDM artımı 2021-ci ildə 5,6 faiz olmuşdu
Azərbaycanda 2022-ci ildə ÜDM artımı 3,4 faiz olacaq.
“İnterfaks-Azərbaycan” agentliyinin sərəncamında olan Maliyyə Nazirliyinin materiallarına əsasən, cari il üçün ölkədə ÜDM-in nominal həcmi 115,4 milyard manat səviyyəsində proqnozlaşdırılır.
Bundan əvvəl Azərbaycan hakimiyyəti 2022-ci il üçün ÜDM-in real artımını 3,9 faiz (2021-ci ildə 5,6 faiz) səviyyəsində proqnozlaşdırmışdı.
Yenilənmiş proqnozlara əsasən, 2022-ci ildə qeyri-neft ÜDM-in artımı 5,5 faiz (əvvəlki proqnoz 4,9 faiz idi), nominal həcmi 65,7 milyard manat təşkil edəcək.
Maliyyə Nazirliyinin məlumatına görə, Azərbaycanda 2022-ci ildə orta illik inflyasiya 12,5 faiz (2021-ci ildə – 6,7 faiz) səviyyəsində proqnozlaşdırılır.