XƏBƏRLƏR / Elm və Texnologiya

200 min dövlət işçisinin şəxsi məlumatı internetə sızıb

Bu barədə “Reuters” agentliyi məlumat yayıb

200 min dövlət işçisinin şəxsi məlumatı internetə sızıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ-da dövlət qurumlarının 237 min əməkdaşının şəxsi məlumatları ölkənin Nəqliyyat Departamentində məlumatların sızması nəticəsində internetə düşüb.

    Bu barədə “Reuters” agentliyi departamentin ABŞ Konqresinə göndərdiyi məktuba istinadən məlumat yayıb.

    Məktubda bildirilir ki, məlumatlar təhlükəsizliyinin pozuntusu "TRANServe"in müavinət emalı sisteminə təsir edib, bu sistem digər şeylərlə yanaşı, dövlət işçilərinə yol xərclərinin bir hissəsini ödəyir. Məlumatların cinayət məqsədləri üçün istifadə edilib-edilmədiyi məlum deyil.

    Məlumatda bildirilir ki, insidentlə bağlı araşdırma başlanıb və təhlükəsizlik bərpa olunana qədər "TRANServe" sisteminə giriş dondurulub.