18.02.2023 Günün Videoxülasəsi
ANS TV dünyada baş verən ən vacib hadisələrin videoxülasəsini təqdim edir
18 fevral 2023-cü il tarixinə təsadüf edən, dünyanın ən vacib hadisələrinin videomündəricatı:
- Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 39 672, yaralı sayı isə 108 068 nəfərdir. Türkiyə Prezidentinin köməkçisi Fuad Oktayın verdiyi açıqlamada bildirilir ki, ümumilikdə son 200 binada axtarış-xilasetmə işləri gedir.
- Bu gecə Braziliyanın Rio-de-Janeyro şəhərində olan “Xilaskar Məsih”in heykəli zəlzələ qurbanlarının xatirəsinə Türkiyə və Suriya bayraqlarının rəngləri ilə işıqlandırılıb.
- “Hatayspor”un 31 yaşlı futbolçusu Kristian Atsunun meyiti dağıntılar altından çıxarılıb.
- Rusiya BMT-nin Təhlükəsizlik Şurasına “Şimal axını”nda təxribatla bağlı qətnamə layihəsi təqdim edib.