1 mlrd 140 mln $-lıq kənd təsərrüfatı məhsulu ixrac edilib
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib
2022-ci ildə Azərbaycandan xarici ölkələrə 1 milyard 140 milyon 865 min ABŞ dolları həcmində kənd təsərrüfatı və emalı məhsulları ixrac edilib.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 3.2% artıb.