XƏBƏRLƏR / Siyasət

Ərdoğan: Azərbaycana hücum olduğu üçün o müdafiə olunub

"Erməni silahlı ünsürlərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən tamamilə çıxarılması təmin edilsin"

Ərdoğan: Azərbaycana hücum olduğu üçün o müdafiə olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Özbəkistan səfərindən sonra jurnalistlərlə görüşən Türkiyə prezidenti R.T.Ərdoğan Qarabağda vəziyyətin gərginləşməsi haqda suala belə cavab verib:

    "Azərbaycan Üçtərəfli Bəyannamənin müddəalarına tam əməl edir. Ona görə də Azərbaycan tərəfindən heç bir pozuntu yoxdur. Burada Azərbaycana hücum olduğu üçün müdafiə reaksiyası da oldu. Əsas odur ki, Üçtərəfli Bəyannamənin müddəalarına uyğun olaraq, erməni silahlı ünsürlərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən tamamilə çıxarılması təmin edilsin".