
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Türkiyə mətbuatı bu barədə xəbər verir.
Görüş zamanı prezidentlərin Ukraynadakı müharibə, eləcə də regional məsələləri və taxıl dəhlizini müzakirə edəcəkləri gözlənilir.