İstifadə qaydaları

Məlumatlardan istifadə

www.anspress.com saytından istifadə etmək üçün aşağıdakı qaydalara riayət etmək tələb olunur.


Saytdan istifadə qaydaları:

1. www.anspress.com saytında yerləşdirilən materialların qeyri-kommersiya məqsədləri istisna olmaqla surətinin çıxarılması, yenidən çapı, yayımı, yüklənməsi, köçürülməsi, ictimai istifadəyə verilməsi qadağandır.

2. Saytda yerləşdirilən materialların dəyişdirilməsi, yenidən yazılması qadağandır.

3. www.anspress.com saytından istənilən digər növ istifadə redaksiya heyətinin yazılı razılığı yolu ilə mümkündür.

4. www.anspress.com və ya 3-cü şəxsi təyin edən təsvir və loqotiplər, həmçinin onların məhsulları və xidmətləri müəllif hüquqları ilə qorunur.

5. www.anspress.com-a mətn, şəkil, qrafik təsvir, video və audio yazı göndərən istifadəçilər sayta daimi, əvəzsiz, satış hüququ ilə istifadəsi, yayımı, dəyişdirilməsi və adaptasiyası, yayım və tərcümə hüququnu verdiyini nəzərə almalıdır. Bu zaman məqalə, foto və məlumatların müəlliflik hüququ istifadəçidə saxlanılır.

6. Bu şərtlər Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun şərh olunmalıdır. Şərtlərin pozulduğu təqdirdə redaksiya hüquqlarının bərpa olunması tələbi ilə məhkəməyə müraciət edə bilər.

7. İrəli sürülən şərtlərə məhəl qoymamaq və ya oxumamaq onlara əməl olunması məsuliyyətindən azad etmir.


Əgər siz bu şərtlərə riayət etməyə razı deyilsinizsə, www.anspress.com-dan istifadə etməməyiniz xahiş olunur.