"Formula-1"ə görə yay imtahanlarının vaxtı dəyişdi

Yay imtahan sessiyası iyunun 1-dən iyulun 5-dək davam edəcək.
Şagirdlərin imtahan verməsi
Şagirdlərin imtahan verməsi

Bu il Bakıda keçiriləcək "Formula-1" yarışları ilə əlaqədar olaraq paytaxtdakı ali təhsil müəssisələrində yay imtahanlarının keçirilmə vaxtı dəyişdirilib.

Yay imtahan sessiyasına iyunun 1-dən start veriləcək, iyulun 5-də yekun vurulacaq.

Elm, ali və orta ixtisas təhsili şöbəsi yarışlar keçirilən müddətdə müəllim və tələbələrin imtahanlarda iştirakında hər hansı problemin yaranmaması üçün universitetlərdən iyunun 15-20-də imtahan təyin olunmamasını xahiş edib.

Digər günlərdə isə imtahanlar əvvəlcədən təyin olunduğu qaydada davam etdiriləcək.

Bu yalnız tövsiyə xarakterlidir və imtahanların keçirilməsi kiçik bir dövrü əhatə edəcək.

Bu yay Azərbaycanın paytaxtı Bakıda baş tutacaq Avropa Qran Prisi 2016-cı il Formula 1 mövsümünün ən maraqlı tədbirlərindən olacaq. Yarışlar iyunun 17-19-da olacaq. 

Cümə 17.06.16         
GP 2 - Sərbəst Yürüş  11:00 - 11:45                                               
Formula 1 – Birinci Sərbəst Yürüş 13:00 – 14:30  
GP2 - Sıralanma Turu 15:00 - 15:30   
Formula 1 – İkinci Sərbəst Yürüş 17:00 – 18:30

Şənbə 18.06.16  
GP 2 - Birinci Yarış 12:00 - 13:05                                          
Formula 1 – Üçüncü Sərbəst Yürüş 14:00 – 15:00   
Formula 1 - Sıralanma Turu 17:00 -18:00 

Bazar 19.06.16   
GP 2 - İkinci Yarış 14:00 - 14:50       
2016 FORMULA 1 GRAND PRIX OF EUROPE 17:00 – 19:00 

 

Şərhlər