Sabahın hava proqnozu açıqlandı

Çimərliklərdə suyun temperaturu 25 dərəcəyə çatacaq.
Çimərlik
Çimərlik

Sabah Bakıda havanın temperaturu  35 dərəcəyə çatacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, iyunun 28-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 20-21°, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı ehtimalı var.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək, zəif şərq küləyi əsəcək. Temperaturun gecə 16-21° isti, gündüz 32-37° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19° isti, gündüz 24-29° isti olacağı ehtimalı var.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Temperaturun gecə 19-24° isti, gündüz 32-37° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq, zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz 28-33° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək, şərq küləyi əsəcək. Temperaturun gecə 20-25° isti, gündüz 33-38° isti olacağı ehtimalı var.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz olacaq, zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 13-18° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

 

Şərhlər