Ermənilər Azərbaycana təşəkkür etdilər

Azərbaycanlılar erməni qadını ölümdən xilas etdilər.
Surqutda keçirilən festival
Surqutda keçirilən festival

Azərbaycanlı ermənini ölümdən xilas etdi. Rusiyanın Surqut şəhərində keçirilən milli mədəniyyətlər festivalında Ermənistan nümayəndəsinin səhhəti qəfildən pisləşib. ANS PRESS-in məlumatına görə, erməni qadına ilk köməyi Azərbaycan nümayəndələri göstəriblər.

Bu barədə şəhər başçısının yanında etnik və dini cəmiyyətlər məsələləri üzrə koordinasiya şurasının iclasının gedişatında "Ararat" Erməni milli-mədəni mərkəzinin sədri Armenak Simonyan bildirib.

"Erməni xalqı adından Azərbaycanın nümayəndələrinə böyük minnətdarlıq ifadə etmək istəyirəm. Onlar bizim halı pisləşən həmyerlimizə kömək göstərdilər. Bu, bizim xalqlarımız arasındakı dostluğun, xeyirxah münasibətlərin nümunəsi deyil? Bu, onu sübut edir ki, Surqutda azərbaycanlılar və ermənilər, həqiqətən, dostluq edir, biz qardaşıq və bir-birimizə dəstək göstəririk. Gəlin eyni ruhda davam edək", - deyə A. Simonyan bildirib.

Armenak Simonyan
Armenak Simonyan

"Vaynax" Milli-mədəni mərkəzinin rəhbəri (çeçen icması) Bislan Mahmudov da azərbaycanlılara öz minnətdarlığını  bildirib.

"Surquta gəldikdən bir müddət sonra mən burada müxtəlif millətlərin nümayəndələrinin mehriban yaşadığı barədə təəccübləndiyimi atama yazmışdım. Daha sonra biz bir ailə kimi doğmalaşdıq. Biz tez-tez burada xalq bayramlarını keçiririk. Dinə və millətə diqqət yetirməməyə davam etmək, mehriban yaşamaq lazımdır. Axı bizim hamımız Adəm və Həvvanın övladlarıyıq".

 

Şərhlər