Üç gün iş olmayacaq

İyun ayının 26-da Silahlı Qüvvələr günüdür.
Təqvim
Təqvim

Bu həftə üç gün iş olmayacaq. bazar ertəsi iyun ayında bayramlarla əlaqədər sonuncu qeyri-iş günüdür.

26 iyunda Azərbaycan Silahlı Qüvvələr günü qeyd ediləcək. Bayram bazar gününə təsadüf etdiyi üçün 27 iyun qeyri-iş günü elan edilib. Bununla da beşgünlük qrafiklə çalışanlar üç - şənbə, bazar və bazar ertəsi günü, altı gün işləyənlər isə 25-26-27 iyun tarixlərində istirahət edəcəklər. 

Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.

İyul ayında qeyri-iş günlərinin vaxtı açıqlanıb. Ramazan bayramı ilə əlaqədar ayın 6 və 7-də 2 gün qeyri-iş günü olacaq.

 

Şərhlər