Qusarda selin fəsadları aradan qaldırılır

Kənddə ev tamamilə yararsız hala düşüb.
Qusarda selin ziyan vurduğu ev
Qusarda selin ziyan vurduğu ev

Qusarın dağlıq Kuzun kəndində leysan yağışının gətirdiyi güclü selin fəsadları aradan qaldırılır.

ANS PRESS-in məlumatına görə, artıq bağlı yolun biri açılıb.

Qusar rayon Fövqəladə Hallar Komisiyasının  (FHK) üzvü Ağaverdi Ağaverdiyev deyib ki, aidiyyatı idarələrin texnikaları selin ziyan vurduğu kəndlərə cəlb olunub. “Yollar açılır, işıq, rabitə əvvəlki işlək vəziyyətə gətirilir. Orda texnikalar işləyir”,- deyə qurum rəsmisi bildirib.

 “Azərişığın” Qusar elektrik şəbəkəsinin rəisi İntiqam Əbilov isə yüksək gərginlikli  elektirik xəttinin dayağını selin apardığını deyib. "Dayaqlardan biri  yerindəcə bərpa olunub”,- deyə rəis bildirib.

Kuzun kəndində selin dağıtdığı ev
Kuzun kəndində selin dağıtdığı ev

Kənddə sel sularından ziyan çəkən ev və həyətlərin sayı artıb. Kuzun kəndində sel nəticəsində 25 ev tamamilə yararsız hala düşüb, 52 evin həyətyanı sahəsini isə sel basıb. Evsiz qalan sakinlər rəsmi qurumlardan kömək gözləyir.

 “Bu evdə yaşamaq olmur. Uşaqlarım yazıqdı. Bu dağın dibində neynəsin, nəynən düzəltsin?”- deyə zərərçəkən Tamara Mürşüdova bildirib.

Zərərçəkən Gülbahar Kiçibəyova isə ziyan dəyməyən yerin qalmadığını deyib. Bizdə həyəti su basıb, toyuq- cücəmi sel aparıb.  Mən evə də girə bilmirəm”, - deyə zərərçəkən bildirib.  

Sel ev əşyalarını yararsız hala salıb
Sel ev əşyalarını yararsız hala salıb

Güclü yağış Qusarın ucqar Sudur kəndin yolunu da uçurub.  Həmin kəndin və  ərazidəki Sudur sərhəd zastavasının rayon mərkəzi ilə əlaqəsi kəsilib. Bu gün Qusar şəhərinə yağan güçlü yağış nəticəsində də küçələri su basıb, kanalizasiya xətləri sıradan çıxıb.

 

Şərhlər