Bakı Slavyan Universitetinə yeni rektor təyin olundu

N.Əliyeva bu gün təhsil naziri Mikayıl Cabbarovun iştirakı ilə kollektivə təqdim edilib.
Nurlana Aliyeva - BSU-nun yeni rektoru
Nurlana Aliyeva - BSU-nun yeni rektoru

Slavyan Universitetinə yeni rektor təyin olunub. ANS PRESS-in məlumatına görə, yeni rektor indiyə qədər Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru olmuş Nurlana Əliyevadır.

N.Əliyeva bu gün təhsil naziri Mikayıl Cabbarovun iştirakı ilə kollektivə təqdim edilib.

Bu təyinata qədər Bakı Slavyan Univeristetinin rektoru Asif Hacıyev idi.

Filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi, Şöhrət ordenli Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Müzəffər qızı Əliyeva 1990-cı ilin dekabrından Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru vəzifəsini icra edib.

 

Şərhlər