Magistraturaya qəbulun nəticələri açıqlandı

5 min 175 nəfər ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul olub.
İmtahanda iştirak edən tələbə
İmtahanda iştirak edən tələbə

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələrini açıqlayıb. Nəticələr ötən gün axşam saatlarından etibarən açıqlanıb. 

Nəticələr TQDK-nın internet saytında da yerləşdirilib. Bakalavrlar qəbulun nəticələri ilə bağlı məlumatı həm də iş nömrəsini 7727 nömrəsinə SMS göndərməklə öyrənə bilərlər.

5 min 175 nəfər ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul olub. Qəbul olanlardan 2 min 205 nəfər dövlət sifarişi, 2 min 970 nəfər isə ödənişli əsaslarla təhsil alacaqlar.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olanlar 2016-cı il iyunun 28-dən  iyulun 11-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Azərbaycan prezidenti İlham Əliyev də “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun qüvvəyə minməsi barədə sərəncam imzalayıb.

Dəyişiklik Azərbaycanda və xarici ölkələrdə təhsil alan, Azərbaycan vətəndaşı olan bütün bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilməsini nəzərdə tutur.

 

Şərhlər