Doroxin Rusiyada ali məktəblərə qəbul olan tələbələrlə görüşdü (VİDEO)

"Hesab edirəm ki, Rusiyada təhsil almaq istəyilə siz çox düzgün seçim etmisiniz."
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Rusiyanın ali məktəblərinə qəbul olan azərbaycanlı tələbələrlə görüşüb.

ANS TV-nin məlumatına görə, dövlət proqramı ilə Rusiyanın müxtəlif ali məktəbəlirinin tələbəsi adını qazanmış azərbaycanlı məzunlarının sayı 145 nəfərdir.

Ali təhsil almaq üçün Rusiya universitetlərini seçənlərin sayının hər il artdığını yüksək dəyənləndirən səfir bunu iki ölkə arasındakı dostluq münasibətlərinin təcəssümü kimi qiymətləndirir.

“Öncə sizi bizim ölkəmizdəki, universitetlərə qəbul olmağınız münasibətilə təbrik edirəm. Hesab edirəm ki, Rusiyada təhsil almaq istəyilə siz çox düzgün seçim etmisiniz. Rusiyada yaşanan mövcud iqtisadi çətinliklərə baxmayaraq bizim ali təhsil ocaqları beynəlxalq təhsil standartlarını qoyuyub saxlayır. Hər il bizim ölkəmizdəki universitetlərdə təhsil almaq istəyənlərin sayı artır. Onlarin içərisində azərbaycanlıların sayının çox olması bu ölkədə fəaliyyət göstərən bir diplomat kimi mənim üçün çox qürurvericidir”, – deyə səfir Vladimir Doroxin bildirib.