Məktəbli formaları bahalaşdı

Bahalaşmaya səbəb Türkiyədən xammalın dollarla alınmasıdır.
Məktəbli formaları
Məktəbli formaları

Məktəbli formasının qiyməti 8,5% bahalaşıb. Bu barədə ANS PRESS-ə Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov deyib. Onun sözlərinə görə, qiymət artımına səbəb ötən il ölkəmizdə baş verən devalvasiyadır. Etibar Əzimov bildirdi ki, məktəbli forması üçün bütün məhsullar Türkiyədən gəldiyindən və onlara məbləğ dollarla ödənildiyindən BTE qiymətləri qaldırmaq məcburiyyətində idi.

"Biz məhsulları Türkiyənin "Bossa" şirkətindən alırıq. Geyimlərlə bağlı Avropa Laboratoriyasından sertifikatımız var. Uşaqlara hər parçadan geyim tikə bilmərik. Mallarımız keyfiyyətlidir və azı iki il işlənir".

Etibar Əzimovun sözlərinə görə, əvvəl aşağı siniflər üçün məktəbli forması dəstinin qiyməti 26 ölçüdən 44 ölçüyədək 34 manat idisə, indi bu məbləğ 37 manat olub. Yuxarı sinif şagirdləri üçün isə əvvəl 32-dən 54 ölçüyədək qiymət 43 manat idi, hazırda onun qiyməti 46 manatadək artıb.

"Bu qiymətə məktəbli forması dəstinə pencək-şalvar və ya pencək-ətək daxildir. Köynəklərin qiyməti ölçüdən asılı olmayaraq 7 manata, jiletlər isə 6 manata satılacaq”, - deyə qurum rəsmisi əlavə edib.

Şöbə rəisi formaların Abşeron rayonunda, Xırdalanda, Saray və Mehdiabad qəsəbəsində, Sumqayıtdakı mağazalarda yeni qiymətlərlə satışına başlanıldığını da vurğulayıb. 

Etibar Əzimov - Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi
Etibar Əzimov - Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi
 

Şərhlər