"Məzunların 76 faizi qəbul imtahanlarında 0-199 bal toplayıb"

Əvvəlki illərin məzunlarının imtahan göstəriciləri açıqlanıb.
Şagirdlərin imtahan verməsi
Şagirdlərin imtahan verməsi

Mayın 15-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanı ilə bağlı statistik rəqəmlər açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-nın sorğusuna verilən cavabda bildirilib ki, may ayının 15-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, abituriyentlərdən 8 nəfər 600‑700 bal (0.06 %), 57 nəfər 500-599 bal (0.42 %), 291 nəfər 400-499 bal (2.14 %), 823 nəfər 300-399 bal (6.06 %), 2 min 140 nəfər 200-299 bal (15.75 %), 10 min 270 nəfər isə 0-199 bal (75.58 %) toplayıb.

Əvvəlki illərin məzunları ötən illərdə keçirilən qəbul imtahanlarında iştirak etmiş, lakin müvafiq nəticələr əldə edə bilməyən və ya istədiyi ixtisasa qəbul olmayan abituriyentlərdir. Adətən bu abituriyentlər cari ilin məzunları ilə müqayisədə zəif nəticə göstərərək aşağı bal toplayırlar.

Abituriyentlərin yığdığı ballar
Abituriyentlərin yığdığı ballar
 

Şərhlər