Türkiyədə oxuyan azərbaycanlı qızların sayı açıqlandı

Ümumilikdə bu ölkədə 12 504 azərbaycanlı gənc təhsil alır.
Əcnəbi tələbələr
Əcnəbi tələbələr

Türkiyədə təhsil alan əcnəbilər arasında azərbaycanlılar daha çoxdur. ANS PRESS-in məlumatına görə, Türkiyədəki universitetlərdə 87 min 903 əcnəbi əsilli tələbə magistr, bakalavr və doktorantura təhsili alır.

Türkiyədə son 5 ildə əcnəbi əsilli tələbə sayı 182 faiz artıb. Türkiyədə təhsil alan xarici tələbələr daha çox Azərbaycan, TürkmənistanSuriyadan gələnlərdir.

Statistik göstəricilərə görə, 2011-2012-ci akademik ilində Türkiyədə 31 min 170 tələbə təhsil alırdısa, bu say 2015-2016 akademik ilində 87 min 903 nəfərə çatıb.

Türk universitetlərində təhsil alan əcnəbi əsilli tələbələrin böyük əksəriyyətini qonşu ölkələrdən gələn tələbələr təşkil edir. Azərbaycan Türkiyəyə ən çox tələbə göndərən ölkədir. Belə ki, bu ölkədə 12 504 azərbaycanlı təhsil alır ki, 2 776 nəfəri qızdır. 
 
Türkmənistan 9 903 nəfərlə ikinci sırada yer alır. Bundan başqa, Türkiyəyə Suriyadan 9689, İrandan 5661, İraqdan 4414, Əfqanıstandan 4338, Qırğızıstandan 1994, Yunanıstandan 1993, Qazaxıstandan 1986, Liviyadan 1668 tələbə gəlib. Ən az tələbənin gəldiyi ölkələr isə bunlardır: Fici, Ekvador, Surinam, Honduras.

Ali təhsil üçün Türkiyəyə üstünlük verən beynəlxalq tələbələr arasında dünyanın aparıcı universitetlərinə malik ölkələrin gəncləri də yer alıb. Türkiyədəki müxtəlif universitetlərdə Çindən 1297, Rusiyadan 1283, Almaniyadan 722, ABŞ-dan 334, Fransadan 131, Birləşmiş Krallıqdan 115, Yaponiyadan 34 tələbə təhsil alır.

Ümumiyyətlə isə Türkiyədə təhsil almaq üçün dünyanın dörd bir tərəfindən - 181 ölkədən tələbələr gəlir.  

Türkiyədə əcnəbi tələbələrin ən çox üstünlük verdiyi universitetlər bunlardır:

  • İstanbul                                   5556  tələbə   
  • Anadolu                                   3286      
  • Sakarya                                    2900     
  • Qaziantep                                2545             
  • Ankara                                     2198    
  • Marmara                                 2179  
  • Uşak                                         2146     
  • İstanbul Teknik                     2131          
  • Uludağ                                     2096             
  • Qazi                                          2034   
 

Şərhlər