Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə test imtahanları başladı

İmtahanlar iki davam edəcək.
Müəllimlərin imtahanı
Müəllimlərin imtahanı

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə test imtahanları başlayıb.

ANS PRESS-in Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, iyunun 16-da respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları başlayıb.

Müsabiqədə iştirak üçün müraciət edən şəxslərdən 2107 nəfəri test imtahanı mərhələsinə dəvət olunub.

Namizədlərə ixtisaslarına uyğun olaraq, ümumi təhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika və təlim strategiyaları üzrə 10, məntiq üzrə 10 sual olmaqla, ümumilikdə 60 sual təqdim edilir. İmtahan bitdikdən sonra ekranda namizədin topladığı bal əks olunur.

Vakant yerlərin seçimi test imtahanı nəticəsində zəruri keçid balını toplamış namizədlər tərəfindən aparılacaq. İki gün davam edən test imtahanı iyunun 17-də başa catacaq.

 

Şərhlər