Azərbaycanda ilk buraxılış imtahanı keçirilir

45 827 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
Şagirdlərin imtahan verməsi
Şagirdlərin imtahan verməsi

Azərbaycanda ilk buraxılış imtahanı keçirilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı və Siyəzən şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilir.

Ümumilikdə 45 827 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 25 530, XI sinif üzrə 20 297). Buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 74 imtahan mərkəzi ayrılıb.

İmtahanların idarə olunmasına ümumilikdə 370 imtahan rəhbəri, 4172 nəzarətçi-müəllim ayrılıb.

Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Xocavənd, Füzuli, Beyləqan, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, Sumqayıt, Abşeron, o cümlədən Heydər Əliyev adına Hərbi Liseyin və C.Naxçıvanski adına Hərbi Liseyin məzunları üçün buraxılış imtahanı iyunun 21-də, Bakıda iyunun 25-də, Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Mingəçevir, İsmayıllı, Şamaxı, Qobustan da isə iyunun 30-da keçiriləcək.

Əvvəlki illərin məzunları və eksternat buraxılış imtahanı iyulun 5-də təşkil olunacaq. Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) qeyd edilən qrafikə uyğun olan gündə verəcəklər.

 

Şərhlər