Məktəblərdə 5 yaşlı uşaqlar üçün məktəbəhazırlıq qrupları açılacaq

Məktəbəhazırlıq qruplarının açılması ilə bağlı Təhsil Nazirliyinə tapşırıq verildi.
Birinci sinfə gedən uşaq
Birinci sinfə gedən uşaq

Nazirlər Kabineti “Uşaqların məktəbə hazırlığının təşkili məsələləri haqqında” qərar verib. Dövlət ümumtəhsil məktəblərində Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına məktəbəhazırlıq qrupları açılsın və bununla bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi hər il dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin.

Təhsil Nazirliyinə tapşırılıb ki, 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsilinin təşkilində məktəbəqədər təhsil müəssisələri ilə yanaşı, mövcud təhsil və digər sosial-mədəni obyektlərin infrastrukturundan, dövlət ümumtəhsil məktəblərinin pedaqoji kadr potensialından istifadə etsin. Əlavə olunmuş cədvələ əsasən, 2016-2017-ci dərs ilindən başlayaraq ayrılmış büdcə vəsaiti çərçivəsində 2020-ci ilədək uşaqların məktəbə hazırlıqla əhatə olunması səviyyəsinin mərhələlərlə 90 faizə çatdırılmasının təmin edilməsi üçün aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə zəruri təşkilati-pedaqoji tədbirlər həyata keçirilsin. 

Maliyyə Nazirliyi və Təhsil Nazirliyinə dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq təhsilinin təşkili ilə bağlı maddi-texniki təminat məsələlərini həll etmək tapşırılıb. 

Orta məktəblərdə 5 yaşlı uşaqlar üçün məktəbəhazırlıq qrupları açılacaq
 

Şərhlər