Azərbaycana güclü dolu yağdı

Şəmkir rayonunun Çənlibel kəndində dolu yağışı 10 dəqiqə davam edib.
Şəmkirin Çənlibel kəndinə yağan dolu
Şəmkirin Çənlibel kəndinə yağan dolu

Şəmkir rayonunun Çənlibel kəndinə güclü dolu yağıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, təxminən 20 dəqiqə bundan əvvəl başlayan dolu 10 dəqiqəyə yaxın davam edib.

Dolunun diametri 3 sm-ə yaxın olub. Xoşbəxtlikdən kənd sakinlərinə, evlərə və maşınlara ciddi ziyan dəyməyib.

Ümumiyyətlə, Çənlibel kəndində əvvəllər dolu çox az hallarda müşahidə edilib. Lakin bu il kəndə dördüncü dəfədir ki, güclü dolu yağır. Bunun nəticəsində kənd sakinlərinin əkin sahələrinə ziyan dəyib.

Ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyini, Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənildiyini, leysan xarakterli olacağı, dolu düşəcəyini bildirmişdi.

 

Şərhlər