Azərbaycan universitetində ilk - valideynlər imtahanda

ADU-da İctimai Nəzarət Şurası yaradılıb.
ADU-da imtahan prosesi
ADU-da imtahan prosesi

Bu gün Azərbaycan Dillər Universitetində (ADU)  təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən, universitetin ictimaiyyətlə əlaqələr departamentinin təşkilatçılığı ilə imtahan sessiyasının gedişini izləmək üçün monitorinq keçirilib. ANS PRESS-in məlumatına görə, keçirilən monitorinqdə ilk dəfə olaraq KİV təmsilçilərindən əlavə olaraq valideynlər də iştirak ediblər. 

Bu addım yay imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin edilməsi məqsədilə atılıb. 

Monitorinqdə Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə və s. təhsil ekspertləri iştirak ediblər.

Tələbələrin qarşılıqlı və mütəmadi əlaqədə olmalarına şərait yaradılması üçün universitetin İctimai Nəzarət Şurası da yaradılıb. Bundan sonra hər bir tələbə təhsildə qarşılaşdığı problemi Nəzarət Şurasına deyə və bu problemi həll edə bilər.