Günvurma halları artıb

Həkimlər sakinlərə saat 11:00-16:00 radələrində günəş altına çıxmamağı məsləhət görür.
Mavi səməda parlayan günəş
Mavi səməda parlayan günəş

Son 3 gündə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı müraciətlər daxil olub. ANS TV-nin məlumatına görə, bu il istilər başlayandan 4 nəfəri gün vurub, onlardan 1-i xəstəxanaya yerləşdirilib. Günvurma bir sıra əlamətlərlə özünü büruzə verir. Həkim müdaxiləsinə qədər gün vurmuş adama ilkin yardım edilməlidir. Bunun üçün bir sıra qaydaları bilmək vacibdir.

Günvurmadan qorunmaq üçün saat 11:00-16:00 radələrində qızmar günəş altına çıxmamaq məsləhət görülür. Papaq və digər baş geyimlərindən, çətirdən, açıq rəngli pambıq tərkibli paltarlardan istifadə tövsiyə olunur.
Ümumilikdə isə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yanvar-iyun aylarında 300 mindən artıq müraciət daxil olub.

Günvurma halları artıb

"103" xidmətinə gündəlik hesabla 2 minə qədər çağırış daxil olur. Bayram günlərində isə müraciətlərin sayı daha da çox olur. Xəstəxana və poliklinikalar bayram günlərində işləmədiyindən insanlar daha çox təcili yardıma müraciət edirlər. Bu il Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən müraciətlər daha çox doğuşla, eləcə də insultla bağlı olub.

 

Şərhlər