Təhsilin "Nömrə 1"i artıq Bakıda

Mərkəzin əsas məqsədi Azərbaycan təhsilində yüksək nailiyyətlər əldə etməkdir.
"Nömrə 1" Tədris Mərkəzi
"Nömrə 1" Tədris Mərkəzi

Bu gün Bakıda "Nömrə 1" tədris mərkəzinin açılış mərasimi baş tutub. ANS PRESS-in məlumatına görə, açılış mərasimində mərkəzin direktoru, təhsil sahəsində təcrübəli və peşəkar mütəxəssis Samin Həsənov rəmzi açılışı bildirən qırmızı lenti kəsib. Daha sonra qonaqlara və mətbuat nümayəndələrinə bu gündən fəaliyyətə başlayan mərkəz barədə ətraflı məlumat verilib. Çıxış edən Samin Həsənov yeni tədris mərkəzinin şəraiti və burada tətbiq ediləcək sistem barədə qonaqlara ümumi məlumat verib. 

Daha sonra çıxış edən qonaqlar "Nömrə 1"ə uğur arzulayıblar. Çıxışlardan sonra mərkəzin açılışa qədər keçdiyi yolu əks etdirən videorolik və reklam çarxı izləyicilərə nümayiş olunub. Sonda üzərində  "Nömrə 1" yazısı olan tort kəsilib.

Samin Həsənov qırmızı lenti kəsir
Samin Həsənov qırmızı lenti kəsir

"Nömrə 1" Tədris Mərkəzi təhsil və tədris sahəsində ən son standaratlara uyğun fəaliyyət göstərəcək bir hazırlıq müəssisəsidir. Tədris mərkəzinin məqsədi Azərbaycanda (ilk öncə Bakıda) müasir standartlara cavab verən hazırlıq mərkəzinin qurulmasıdır. Bu mərkəz məktəbəqədər hazırlıqdan başlayaraq bütün yaş qrupları üzrə hazırlıqları özündə birləşdirən kompleks tədris müəssisəsidir.

Mərkəzin əsas məqsədi dünya və Avropa təcrübəsindən yararlanaraq Azərbaycan təhsilində yüksək nailiyyətlər əldə etməkdir. Mərkəzdə dərs deyən müəllim və idarə kollektivi təcrübəli və öz sahəsində peşəkar şəxslərdən ibarət olacaq.

Tədris mərkəzində tədris görənlər üçün hər cür şərait qurulub. Bütün dərs otaqlarında kamera quraşdırılıb və dərslərin tam keyfiyyəti üçün hər cür şərait yaradılıb. Eyni zamanda mərkəzdə psixoloji treninqlər, etüd otağı (dərs çalışma otağı), bufet və Wi-Fi sistemi də mövcuddur. Uzaqdan gələnlər üçün gəliş-gedişi asanlaşdırmaq məqsədilə servis xidməti də fəaliyyət göstərəcək.

"Nömrə 1" tədris mərkəzi
"Nömrə 1" tədris mərkəzi

"Nömrə 1" Tədris Mərkəzi yaranmağı ilə eyni zamanda bir çox yenilikləri də formalaşdırıb. Bunlardan biri Türkiyədə tətbiq olunan "Dersonet" elektron nəzarət sistemidir. Bu sistem vasitəsilə valideynlər 24 saat övladları haqqında məlumat əldə edə biləcəklər.

Digər bir yenilik isə "Barmaq izi" sisteminin tətbiqidir. Bu sistem vasitəsilə dərsə gecikən və gəlməyənlərin valideynlərinə avtomatik sms göndərilir. Bu da valideyn üçün daha rahat və arxayınlaşdırıcı bir sisemdir.

Mərkəzdə şagirdlərin mükəmməl təhsil almaları, dərsə adaptasiya olunmaları üçün bütün vacib amillər nəzərə alınıb. Geniş və işıqlı, kameralı dərs otaqları da burada təhsil alan şagirdlər üçün xüsusi üstünlük təşkil edir.  

"Nömrə 1"in ünvanı: Həsən Əliyev küçəsi 12 A

Telefonlar: 012- 594- 01- 05, 012- 594- 01- 06, 070- 594- 01- 05 

 

Şərhlər