Azərbaycanda təhsil haqqını ödəyə bilməyən tələbələrə kredit veriləcək

Uzunmüddətli kreditləri hansı tələbələr ala bilər?
İmtahanda iştirak edən tələbə
İmtahanda iştirak edən tələbə

Azərbaycanda təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər veriləcək. ANS PRESS-in məlumatına görə, Maarifçi Tələbə Kredit Fondunun (MTKF) fəaliyyətə başlamasına və qurumun saytının istifadəyə verilməsinə həsr olunan media-brifinqdə MTKF-in icraçı direktoru Rüfət Mahmud deyib.

"Kredit göstəricisi 71 baldan yuxarı olan tələbələrə veriləcək"

Onun sözlərinə görə, fondun əsas missiyası bu yolla onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. “Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Fonda Azərbaycan vətəndaşı olan, təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər. Onların yaşı 25-dən çox, ailəsinin kredit borcu, ailə gəliri il ərzində 10 min manatdan çox olmamalıdır".

Onun sözlərinə görə, fondu Təhsil Nazirliyinin təşəbbüsü ilə BDU, Dillər, Pedaqoji Universitet, Neft və Sənaye Universiteti, Texniki, Dövlət İqtisad, Memarlıq və İnşaat Universiteti, Bakı Slavyan, Gəncə və  Sumqayıt Dövlət Universitetləri təşkil edib. 

Rüfət Mahmudov bildirdi ki, tələbə krediti universiteti bitirdikdən bir il sonra 60 ay müddətinə verə bilər. Yəni tələbəyə universiteti bitirdikdən sonra bir il güzəşt edilir (bu, əsasən oğlan tələbələrin hərbi xidmətə getməkləri ilə bağlıdır). Qurum rəsmisinin sözlərinə görə, tələbə ona aid krediti verməkdən imtina edərsə, bu zaman fond onu məhkəməyə verə bilər. 

Ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov kreditin akademik göstəricisi 71 baldan yuxarı olan tələbələrə veriləcəyini qeyd edib.  Yəni, tələbə hər il kredit götürmək üçün fonda müraciət edəcək, amma onun akademik göstəricisi 71 baldan az olduğu halda ona həmin il kredit verilməyəcək.

Onun sözlərinə görə, bununla tələbələr yüksək akademik göstərici almaq üçün daha yaxşı oxuyacaqlar.

Sülhəddin Gözəlov - Ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri
Sülhəddin Gözəlov - Ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri
 

Şərhlər