Bayramda hava necə olacaq?

Leysan olacaq, şimal küləyi əsəcək.
Yağışlı hava
Yağışlı hava

Bayram günü gözlənilən hava proqnozu açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, iyulun 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal var. Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 29-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə isti olacaq.

İyulun 6-7-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

Hava ilə bağlı ötən gün növbəti xəbərdarlıq edilib. Departamentdən verilən məlumata görə, Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. İyulun 5-dən 9-u gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var.

 

Şərhlər