Dərslər iyunun 14-ə qədər davam edəcək (VİDEO)

Analoji olaraq sentyabrin 15-də başlayacaq dərs ili iyunun 14-ə qədər davam edəcək
Uzun müddətdir müzakirə mövzusu olan dərs ilinin uzadılması məsələsinə nəhayət ki, son verildi.

ANS TV-nin məlumatına görə, növbəti ildən tədris ilinin nə vaxt başlayıb, nə vaxt bitəcəyi bəlli oldu. Belə ki, analoji olaraq sentyabrin 15-də başlayacaq dərs ili iyunun 14-ə qədər davam edəcək. Artıq Təhsil Nazirliyi dərs ilinin uzadılması ilə bağlı, şagirdlərin tətil günləri, dərs bölgüsünün düzgün bölüşdürülməsini özündə əks etdirən konkret təkliflərin toplandığı planı hökumətə təqdim edib.

"Mövcud qanunvericiliyə uyğun olaraq və dünya təcrübəsini nəzərə alaraq dərs ilinin müddətinin iyun ayının 14-də başa çatacaq. Bu müddət ərzində materialların tədrisi nisbətən məktəbdə asanlaşacaq. Bu da uşqların xeyrinə olan bir məsələdir” - deyə Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov bildirib.