Hava dəyişir - xəbərdarlıq edildi

İyulun 5-dək yağış yağacaq, sabah Bakıda güclü külək gözlənilir.
Küləkli hava
Küləkli hava

İyulun 2-3-də Abşeron yarımadasında güclü xəzri küləyi əsəcək. Bəzi meteohəssas insanlarda narahatlıq yaratsa da havanın temperaturunun tədricən bir qədər enməsi müsbət amildir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-32, Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.

Saat 12:42

Azərbaycanda hava şəraiti dəyişir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bununla bağlı xəbərdarlıq edib.

Departamentdən ANS PRESS-ə verilən məlumata görə, iyulun 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə düşəcək. Çaylarda sululuğun artacağı ehtimalı var. 

İyulun 2-3-də Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu 3-5 dərəcə düşəcək.  

 

Şərhlər