Azərbaycanda yolları qar basdı (FOTO)

Avtomobillərin hərəkətində ciddi çətinlik yaranıb.
Quba - Xınalıq yolunda qar yağması nəticəsində ciddi fəsadlar yaranıb. ANS əməkdaşları Xınalıqdan qayıdan zaman tufana düşüblər.

ANS PRESS-in məlumatına görə, Xınalıq yolunda oktyabrın son günü yağan qar həm də qar sorağı ilə Xınalığa gedən turistlərə də sürpriz yaşadıb. Yolun Qrız Dəhnə kəndindən keçən hissəsində küləklə müşahidə olunan qar yolda ciddi problem yaradıb - avtomobillər sürüşdüyündən hərəkəti saxlamalı olublar. Hətta bəzi sürücülər yolun qəfil buz bağlamasından ehtiyatlanaraq avtomobillərin təkərlərinə zəncir bağlayıblar.Həm xarici,həm də yerli turistlər çətinliklə qarşılaşıblar.


Quba - Xınalıq yolu

Yolda qar yağması nəticəsində yol bərbad vəziyyətə düşüb. Yolda sürüşmə yaranıb. Bu, avtomobillərin hərəkətində olduqca çətinlik yaradıb. Xınalıqdan gələn turistlər yolu piyada düşürlər.

Paytaxt sakini Aytən Səmədova da Xınalığa turist kimi gəldiyini deyir: "Amma havanın qarlı olacağını bilmirdik. Bir az çətindir, bu yollara nəzarət olsa, daha yaxşı olar. Yollar sürüşkəndir".

Hazırda fəsadların aradan qaldırılması istiqamətində iş aparılır. Qarlı havaların isə qarşıdakı günlərdə də davam edəcəyi gözlənilir.

Qrız Dəhnə kəndinin yaxınlığı: