Ərdoğandan Merkelə "erməni soyqırımı" xəbərdarlığı

Türkiyə Prezidenti: "Düşünürəm ki, dediklərimin hamısı nəzərə alınacaq."
Rəcəb Tayyib Ərdoğan-Türkiyə prezidenti
Rəcəb Tayyib Ərdoğan-Türkiyə prezidenti

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə telefon əlaqəsi saxlayıb. ANS PRESS-in məlumatına görə, prezident telefon danışığı zamanı Angela Merkelə iyunun 2-də Almaniya parlamentində səsverməyə qoyulacaq qondarma erməni soyqırımı haqqında qanun layihəsi ilə bağlı narahatlığını bildirib.

Türkiyənin bu hadisə ilə bağlı həssaslığına diqqət çəkən Ərdoğan "Almaniyadan məsələyə ağıllı yanaşma gözləyirik" - deyə Merkelə xəbərdarlıq edib.

Uqandaya səfər edərkən hava limanında sualları cavablandıran Rəcəb Tayyib Ərdoğan Almaniyada baş tutacaq qondarma erməni soyqırımı haqqında qanun layihəsinin parlamentdə səsverməyə çıxarılması ilə bağlı Merkelə zəng vurduğunu söyləyib. Merkel "məsələ ilə bağlı əlmizdən gələni edəcəyik" - deyə prezidentə bildirib.

"Bu qanun qəbul olunarsa, iki ölkə arsında ticarət, iqtisadi, siyası münasibətlər zədələnər. Düşünürəm ki, bunların hamsı nəzərə alınacaq. İndi qəbul olunmamış qərarı dəyərləndirməyin bir mənası yoxdur" - deyə prezident sualları cavablandırarkən söyləyib.

Angela Merkel - Almaniya kansleri
Angela Merkel - Almaniya kansleri

Ötən ilin oktyabrında qondarma erməni soyqırımının Bundestaqda müzakirəsi təxirə salınmışdı. Bu ilin fevral ayında isə Yaşıllar partiyası tərəfindən Almaniya parlamentinin müzakirəsinə təqdim edilən qondarma soyqırım qətnaməsi natamam olduğu üçün geri qaytarılmışdı.   

Erməni soyqırımı iddiaları 1965-ci ildən– yəni "soyqırım" ifadəsindən sonra gündəmə gəlib. Kilsənin irəli sürdüyü iddialar Amerika və Avropada erməni lobbisinin dəstəyilə böyük bir kampaniyaya çevrilib.

1915-ci il, aprelin 24-də Osmanlı İmperiyasının onlara qarşı soyqırım həyata keçirdiyini iddia edən ermənilər təəssüflər olsun ki, öz yalanlarına  bir sıra ölkələri də inandıra biliblər. Yüz illər boyunca bu istiqamətdə "mübarizə" aparan ermənilər başda Birləşmiş Ştatların 30-dan artıq ştatı olmaqla Avropanın 20-yə yaхın ölkəsində qondarma soyqırımın tanıdılmasına nail olublar.

Maraqlısı isə odur ki, uydurma soyqırımı tanıyan həmin ölkələrin tariхi arхivlərində ermənilərin əsl simaları, onların tariхi saхtalaşdırdıqları barədə kifayət qədər dəlil və sübutlar var. Həmin tariхi faktlar bu günün özündə də qorunub-saхlanır.

Tariхi materiallar bir daha təsdiqləyir ki, türklər tərəfindən soyqırıma məruz qaldıqlarını iddia edən ermənilər əslində özləri azərbaycanlılar və türklərə qarşı deportasiya və soyqırım həyata keçirib, хalqımızın başına olmazın müsibətlər gətiriblər. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi ən dəhşətli soyqırımlar ХХ əsrin əvvəlləri və sonlarına təsadüf edib. Bu soyqırımlar içərisində özünün vəhşiliyi, insanlığa sığmayan cinayətləri ilə seçilənləri isə 1918-ci il, 31 mart soyqırımı və 1992-ci il, Хocalı soyqırımı olub.

 

Şərhlər