Terrorçular intensiv hücumlara başladı: ölənlər var

Hücum nəticəsində bir polis ilə yoldan keçən bir mülki vətəndaş ölüb.
Türkiyədə kürdlərin kompakt yaşadığı Hakari vilayətində PKK terrorçuları intensiv hücumlara başlayıb. ANS PRESS-in məlumatına görə, Berçelan məhəlləsində keçirilən iznsiz aksiyaya müdaxilə etmək istəyən polislər etrirazçıların hücumuna məruz qalıb. Etirazçılar polislərə aid TOMA avtomobilinə küstart üsulla hazırlanmış partlayıcı maddə atıblar. Partlayış zamanı insan tələfatı və yaralanan olmayıb.

Bundan sonra aksiyaçılar polislərin yaşadığı xidməti polis evlərinə dalbadal 3 bomba atıblar. Aksiyanı təzyiqli su ilə dağıtmağaçalışan polis əməkdaşları havaya da atəş açıblar.

Daha sonra bir qrup maskalı aksiyaçı məhkəmə binası, MİT (Milli Xəbəralma Təşkilatı) binasının qarşısındakı zirehli avtomobillərə səs bombası, fişəng və molotof kokteyli ilə hücum ediblər. Bundan sonra PKK tərəfdarları köhnə bir maşını yandıraraq yolu bağlayıblar. Polis isə öz növbəsində aksiyaçılara qaz bombası və təzyiqli su ilə cavab verib.



Diyarbəkirdə isə terrorçuların yaratdığı gərginlik ölümlə nəticələnib. Diyarbəkir vilayətinin Çinar rayonunda reyd keçirən polis avtomobili terrorçuların silahlı hücumuna məruz qalıb. Hücum nəticəsində bir polis ilə yoldan keçən bir mülki vətəndaş ölüb. Daha 2 mülki şəxs isə yaralanaraq xəstəxanaya çatdırılıb. Hücumu törədən terrorçu isə qaçaraq aradan çıxmağa müvəffəq olub.



Analoji hücum Şırnak vilayətinin Beytüşşebap rayonunda da baş verib. Məlumata görə, rayonun Ayvalık kəndində reyd keçirən jandarm qüvvələri silahlı hücuma məruz qalıb. Yerli vaxtla saat 23.00-də (Bakı vaxtıyla 01.00) baş vermiş hücum zamanı jandarm çavuşu yaralanıb. Atəş açan terrorçular isə avtomobillə aradan çıxıblar. Yaralı çavuş isə helikopterlə Şırnak hərbi hosbitalına çatdırılıb.

Şırnakın Cizre rayonunda isə polisə silahla hücum edən terrorçu məhv edilib. Rayon ərazisindəki polis idarəsinin qarşısından keçən avtomobildən binaya atəş açılıb. Polisqarşı atəş açması ilə terrorçu məhv edilərək zərərsizləşdirilib. Avtomobildə olan daha 3 terrorçu isə hadisə yerindən piyada qaçıb.