Baş nazir ən uzun həmkarını qarşıladı

İki nazir arasındakı boy fərqi maraqlı görüntülərə səbəb olub.

Dünyanın ən uzun baş naziri Türkiyədə. ANS PRESS-in məlumatına görə, söhbət Albaniyanın baş naziri olan Edi Ramadan gedir. Onun boyu 2,02 metrdir. 

Türkiyənin baş naziri Binalı Yıldırım vəzifəyə gəlməsindən sonra ilk dəfə olaraq rəsmi mərasimlə Albaniyanın baş nazirini iqamətgahında qarşılayıb.

Qarşılanma zamanı iki həmkar arasında boy fərqi açıq-aşkar nəzərə çarpıb. Boy fərqinə görə maraqlı görüntülər də meydana çıxıb. Belə ki, iki ölkənin himnləri oxunarkən baş nazirlərin çıxdığı platformada qonaq baş nazirin üzünün yarısı görünməyib.

Bundan başqa, Edi Rama və Binali Yıldırım söhbət edərkən Edi Rama başını aşağı əyməli olduğu halda, Binali Yıldırım başını yuxarıya qaldırmaq məcburiyyətində qalıb. 

Adıçəkilən nazirin təyyarəsinin Türkiyəyə enişi də sakit olmayıb. Belə ki, nazir gələn gün Atatürk hava limanında Türkiyəni yasa boğan terror aktı törədilib. Kamikadzelər hava limanına Edi Ramanın təyyarəsi eniş edərkən hücum ediblər.

Albaniyanın XİN rəsmiləri və baş naziri təhlükəsiz bir şəkildə hava limanından çıxarılaraq qalacaqları otelə aparılıb. 

Hadisədən sonra nazir "Facebook" hesabında terroru lənətləyib. "Bu terrorçuların dini, imanı yoxdur. Onlar barbarlardan fərqlənmirlər".

 

Şərhlər