Rusiyanın ermənilərlə bağlı ən böyük səhvi - Etiraf

"Bu cür mürəkkəb coğrafi şəraitdə bu dövlət Rusiyasız heç vaxt mövcud ola bilməzdi"
Moskva və bütün Rusiya partriarxı Kiril Ermənmistanda baş verən hadisələri şərh edib.

ANS PRESS-in məlumatına görə, Kiril Moskva ərtafında yerləşən pravoslav məbədlərin mitropolitləri ilə görüşdə Rusiya imperiyasının tarixini xatırladıb.

Rus parvoslav kilsəsinin rəhbəri toplantı iştirakçılarının diqqətini Ermənistanda baş verən son hadisələrə və bu ölkədə artan anti Rusiya əhval-ruhiyyəsinə çəkərək deyib:

"Erməni dövlətinin yaranması anından başlayaraq biz pravoslav olmayan bu xalqı müdafiə edirik. Biz hər zaman Ermənistanı Rusiya dövlətinin bir hissəsi saymışıq və azsaylı katolik erməniləri göz bəbəyi kimi qorumuşuq. Bu cür mürəkkəb coğrafi şəraitdə bu dövlət Rusiyasız heç vaxt mövcud ola bilməzdi. İndi isə hər şeyin sürətlə dəyişməsinin və bizim etdiyimiz xeyirxahlığın bu cür həyasızcasına unudulmasının şahidiyik. Ermənilər bir şeyi unutmamalıdırlar ki, Rusiya olmadan onların bu torpaqlarda mövcudluğu qeyri mümkündür".