Tramp və Klintona daha bir rəqib

ABŞ-da prezidentliyə ilk rəsmi namizədin adı açıqlanıb.
Qeri Conson - ABŞ-da prezidentliyə namizəd
Qeri Conson - ABŞ-da prezidentliyə namizəd

ABŞ-da prezidentliyə ilk rəsmi namizədin adı açıqlanıb. ANS PRESS-in məlumatına görə, ABŞ-ın Leyboristlər partiyası bu ilin noyabrında prezident seçkilərində iştirak etmək üçün öz namizədini müəyyən edib. Bu, dörd il əvvəl də seçkilərdə iştirak edən Nyu-Meksiko ştatının sabiq qubernatoru Qeri Consondur.

Partiya qurultayı zamanı Conson 55,8 faiz səs toplayıb. "Mən mənə səs verənlərin etimadını doğrultmaq üçün mümkün dərəcədə ciddi işləyəcəm", - deyə Conson Florida ştatında keçirilən qurultay zamanı söz verib.

Qeri Conson 1953-cü ilin yanvarında anadan olub. Atası yarı Danimarka, yarı Norveçdəndir. Anası isə rus mənşəlidir. Ailəlidir, iki övladı var.

Adətən bu partiyadan olanların seçkilərdə qələbəyə heç bir şansı olmur. Amma xarici KİV-in məlumatına görə, Conson səsvermələrdə xeyli faiz toplayır. O hətta Respublikaçı Donald Tramp və demokratların partiyasında olan Hillari Klinton üçün əsl rəqibdir. 

Bu gün yaranmasının 45 illiyini qeyd edən Leyboristlər partiyası həmişə azad bazar iqtisadiyyatı, azad beynəlxalq ticarət, hüquqların müdafiəsi, vətəndaşların azadlığı və başqa ölkələrin işlərinə qarışmamaq prinsiplərini əsas götürüblər. 

Q.Conson 2012-ci il prezident seçkilərində iştirak edib, 1, 27 milyon səs toplayaraq Barak Obama və Respublikaçı Mitt Romnidən sonra üçüncü yeri tutub. 

Bununla da ABŞ-da növbəti 4 ildə prezident olmağa üç real namizəd var. Bunlar Donald TrampHillari Klinton və Qeri Consondur.

 

Şərhlər