Ərdoğan İstanbulun fəth olunmasına həsr olunan tədbirdə çıxış edib

İstanbulun fəth edilməsi ilə bağlı Türkiyədə tədbir keçirilib.
Rəcəb Tayyib Ərdoğan - Türkiyə prezidenti
Rəcəb Tayyib Ərdoğan - Türkiyə prezidenti

"Düşmənlərimiz bizdən İstanbul fəthinin qisasını almaq istəyirlər." ANS PRESS-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun fəth edilməsi ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı söyləyib. 

Onun sözlərinə görə, İstanbul daim türklərin olacaq. "İstanbul fəthindən 563 il keçməsinə baxmayaraq onun hesablaşması indiyə qədər bitmir. Lakin heç kim bizim ölkəmizi dağıda bilməz. İstanbul fəth olunduqdan sonra türklər Anadolu və Trakiyada məskunlaşıblar və bundan sonra da bu torpaqlardan getməyə hazırlaşmırlar".

Anadolu və Trakiya
Anadolu və Trakiya

Prezident qeyd edib ki, 100 il ərzində Türkiyə çox dəyişib. Ərdoğanın sözlərinə görə, hazırda ölkə dünyanın ən aparıcı iqtisadiyyatına malikdir. Ölkə rəhbəri eyni zamanda qeyd edib ki, PKK-nı silahlandırıb ölkəmizə hücum etdirənlərin dərdi nə kürd qardaşlarımız, nə də ki, o bölgədir. Onların dərdi fəthin intiqamını almaqdır.

Çıxışı zamanı Ərdoğan Suriyadakı münaqişəyə də toxunub. "İran və Rusiyanın Suriyada nə işi var? Onlara nə lazımdır? Həmin ərazidə üzərində terrorist simvolu olan amerikalı əsgərlər nə edirlər? Əgər onların işi İŞİD-i məhv etməkdirsə, o zaman dinc əhalini niyə qırırlar? Ondansa Bəşər Əsəd rejimini sona çatdırsınlar, bununla terrorizmə son qoymuş olarlar".