"ABŞ-da gəlmələr müharibə veteranlarından daha artıq qayğı görür"

Prezidentliyə namizəd milyarderin tərəfdarları getdikcə artmaqdadır.
D. Trampı dəstəkləyən bayker
D. Trampı dəstəkləyən bayker

Amerika Birləşmiş Ştatları prezidentliyi uğrunda mübarizə aparan respublikaçı siyasi lider Donad Tramp növbəti dəfə mühacir siyasəti ilə bağlı sərt mövqeyini sərgiləyib. ANS PRESS-in məlumatına görə, Tramp baykerlərin Vaşinqtonda keçirilən mitinqində çıxış edib.

O qeyd edib ki, ölkədə vəziyyət elə bir həddə çatıb ki, qanunsuz yaşayan insanlar milli veteranlardan daha çox diqqət və qayğı görürlər. “Biz bunun belə davam etməsinə imkan verməyəcəyik”, - Tramp belə deyib. Namizəd mühacirlərlə bağlı sözlərini əsaslandıra bilməyib.

Veteranlarla bağlı çıxışlarından birində Tramp senator Con Makkeynin ünvanına “Mən əsir düşməyən veteranlara daha çox üstünlük verirəm” deməsi tərəflər arasında gərginliyə səbəb olub.

Daşınmaz əmlak maqnatı mühacirlərə qarşı sərt mövqeyi ilə fərqlənir. Tramp seçki kampaniyalarından birində prezident olacağı təqdirdə müsəlmanları Amerikaya buraxmayacağını, həmçinin Meksika ilə Amerika sərhədlərinə divar çəkdirəcəyini demişdi. Tramp özü heç vaxt hərbi xidmətdə olmayıb.

Tramp prezidentlik uğrunda mübarizəsində, demək olar ki, partiyasının vahid namizədliyini qazanıb. Onunla rəqabət aparan digər respublikaçılar artıq mübarizəni dayandırıblar.

D.Tramp əleyhinə olan amerikalılar
D.Tramp əleyhinə olan amerikalılar

Bir neçə gün əvvəl Donald Tramp seçki öncəsi mütəmadi iştirak etdiyi təşviqat mitinqlərindən birində kütləvi etirazlarla qarşılaşıb. Hadisə ABŞ-ın Nyu-Meksika ştatında yerləşən Albukerk şəhərində baş verib.

ANS PRESS-in "CNN"ə istinadən verdiyi məlumata görə, milyarder namizəd Tramp Albukerkdə seçicilər tərəfindən "isti" qarşılanıb. Etirazçılar Donald əleyhinə siqnal fişəngləri yandırıb. Onlarla etirazçı ötən gün boyunca polislərin barrikadalarına qarşı gəlib, onlara alışan maddələr atıb.

Etirazların Vaşinqtondakı ilkin seçimlərin başlaması səbəbinin olduğu söylənilir. Aksiyalarda iştirak edənlər "Tramp əsl amerikalıların düşmənidir", "Amerikanı geriyə aparma" və başqa bu kimi şüarlarla namizədə olan münasibətlərini nümayiş etdiriblər.

 

Şərhlər