Rəsmi Vaşinqton ən çox qorxduğu ölkəni açıqladı

Müdafiə naziri Eşton Karter İŞİD-dən və Rusiyadan qorxduqlarını etiraf edib.
ABŞ müdafiə naziri Eşton Karterin İŞİD və Rusiyanı ölkəsi üçün ən böyük təhdid hesab etdiyi iddia olunur.

ANS PRESS-in məlumatına görə, bu iddia ilə “Ria Novosti” agentliyi çıxış edib.

Carter bildirib ki, ən böyük təhdidimiz çirikin fenomen olan İŞİD-dir.

“Bizim bununla mübarizə etməyimiz vacibdir. Qələbə bizim olacaq. İkinci təhdidimiz isə Rusiyanın yürütdüyü siyasətdir. Rusiyanin əngələməyimizə ehtiyac var. ”

Nazir həm İŞİD həmdə Rusiya ilə mübarizə aparmağın vacibliyini vurğulayıb.

Eşton Karter İyun ayında Berlində keçirilən forumda NATO ölkələrinə səslənərək "yeni təhdidlərə qarşı birgə mübarizə aparmalıyıq" demişdi. Almaniya isə bu mübarizədə lider dövlət statusunun verilməsini söyləyib.


Eşton Karter-ABŞ -ın Müdafiə naziri


Rusiyanın təhdid kimi görülməsinin əsas səbəbi isə Ukraynaya qarşı yürütdütdüyü siyasətdir.

Uranynada inqilabdan sonra Rusiya qonşusunun ərazisinə müdaxilə edərək Krımı referendum yolu ilə Donbas regionunu silah gücünə öz ərazisinə birləşdirməyə çalışıb. Krımı referendumla birləşdirsə də, iddia etdiyi digər ərazilərdə münaqişə davam edir.

Normandiya dördlüyü ilə ələdə olunan razılaşmaya əsasən atəşkəs əldə olunsa da buna riayət edən yoxudur və hər gün atəşkəs pozulur.